"Qarabağ"ın rəqibi səfərdə 3 xalı geridönüşlə qazanıb - VİDEO

"Qarabağ"ın rəqibi səfərdə 3 xalı geridönüşlə qazanıb - VİDEO

Avropa Liqasında ölkəmizi təmsil edən "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi "Braqa" Portuqaliya çempionatında növbəti matçına çıxıb.

Mediasport.az xəbər verir ki, onlar 18-ci turda "Famalikan"ı səfərdə məğlub ediblər (2:1).

"Braqa" 62-ci dəqiqədə hesabda geriyə düşsə də, geri dönüş etməyi bacarıb və aktivinə 3 xal yazdırıb.

Əzmkar qələbədən sonra Artur Jorjenin komandası çempionatın turnir cədvəlində 36 xalla 4-cü pillədə qərarlaşıb.