Yalnız Zidan və Abubakar
Dünya Kubokunda Braziliya yığmasına qələbə qolunu vurduqdan sonra meydandan qovulan Kamerun millisinin kapitanı Vensan Abubakar maraqlı rekorda imza atıb.
mediasport.az xəbər verir ki, qol sevinci zamanı köynəyini çıxardığı üçün ikinci sarı vərəqə ilə meydanı tərk edən futbolçu DÇ-lər tarixində fərqlənəndən sonra qırmızı vərəqə alan ikinci oyunçu olub.
2006-cı il mundialın keçirilən Fransa - İtaliya görüşündə unudulmaz hərəkəti ilə tarixə həkk olunmuş Zinəddin Zidan əsas vaxtı 1:1 hesabı ilə başa çatan qarşılaşmada həm qol vurmuş, həm də Materatsiyə kəllə atdığı üçün meydandan qovulmuşdu.