Valbuena: "Tariximizi göstərməli, "Qarabağ"a qalib gəlməliyik"

Valbuena: "Tariximizi göstərməli, "Qarabağ"a qalib gəlməliyik"

"Olimpiakos"un futbolçusu Matyö Valbuena Avropa Liqası qrup mərhələsinin "Qarabağ"la oyun barədə fikirlərini bölüşüb.

MediaSport.az xəbər verir ki, veteran fransız hədəflərinin komandamızla görüşdə qələbə qazanmaq olduğunu deyib.

"Mənim meydana çıxıb-çıxmamağım deyil, qələbə qazanmaq daha önəmlidir. Oynasam, qələbə üçün əlimdən gələni edəcəyəm. Sabah klubumuzun böyük tarixini göstərməli və oyunda qalib gəlməliyik. Tamamilə matça köklənmişik. Baş məşqçinin tapşırıqlarını səhvsiz yerinə yetirməyə çalışacağıq".