"Real"dan tarixi rekord - 100

"Real"dan tarixi rekord - 100

Futbol üzrə Madridin "Real" klubu İspaniyada daha bir rekorda imza atıb.

mediasport.az xəbər verir ki, Karlo Ançelottinin baş məşqçisi olduğu "kral klubu" növbəti dəfə İspaniya Kubokunu qazanmaqla ölkəsində 100 titul həddinə çatmış ilk komanda adına yiyələnib.

Madrid klubunun lideri Kərim Benzema isə 25-ci titulunu əldə etməklə keçmiş komanda yoldaşı Marselonun rekordunu təkrarlayıb.