Avroliqada həftənin ən yaxşısı olmağa namizədlər açıqlanıb
UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
Mediasport.az xəbər verir ki, "Marsel"dən Cordan Veretu, "Roma"dan Canluka Mançini, "Atalanta"dan Berat Cimşiti və "Bayer"dən Matey Kovar namizəd göstərilib.
Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində məlum olacaq.