"Qarabağ"ın rəqibi terror təhlükəsinə görə hərəkətə keçib
"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsində rəqibi "Hekken" ev oyunlarını keçirdiyi "Bravida Arena"da təhlükəsizlik tədbirlərini gücləndirir.
Mediasport.az xəbər verir ki, İsveç klubu ölkədə terror ehtimalı olduğu üçün bu addımı atıb.
Höteborq təmsilçisi stadionda müəyyən dəyişikliklər etməyə başlayıb. Arenada yoxlama tədbirləri gücləndiriləcək.
Son ölkə çempionu stadionun qapılarını oyunların başlanmasına 1 saatdan bir qədər çox qalmış açacaq və arenaya ölçüləri maksimum 40x40x20 sm ölçüdə olan çantaların keçirilməsinə icazə veriləcək.
Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə idman qurğusuna əlavə işçi qüvvəsi cəlb edilib.
Qeyd edək ki, "Qarabağ" skandinaviyalılarla bu stadionda II tur çərçivəsində qarşılaşacaq. Matç oktyabrın 5-də keçiriləcək.