Azərbaycan klubunda 4 TRANSFER
Futbol üzrə Azərbaycan 1-ci Liqası təmsilçisi "Difai Ağsu"da yeniləşmə davam edir.
Mediasport.az xəbər verir ki, birinci dövrədən sonra 12 futbolçu ilə vidalaşan komanda heyətini gücləndirməklə məşğuldur.
Yeni təyin edilən baş məşqçi Elgiz Kərəmli artıq 4 futbolçunu komandaya cəlb edə bilib.
"Araz-Naxçıvan"dan Bayraməli Qurbanov və "Şamaxı"dan Əbil Əbilovla mövsümün sonunadək müddəti əhatə edən müqavilə bağlanıb.
"Karvan"dan ayrılan Əzəmət Ələkbərli və "İrəvan"la vidalaşan Əlirza Müştəbazadə də karyerasını Ağsu təmsilçisində davam etdirəcək.
Qeyd edək ki, "Difai Ağsu" 10 komandalı liqada geridə qalan 12 turdan sonra 4 xalla 9-cu pillədə qərarlaşıb.