Millimizin heyəti açıqlandı

Millimizin heyəti açıqlandı

Avqustun 9-dan 18-dək Bakıda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanşı olacaq. 

mediasport.az xəbər verir ki, yığmamız hazırlıq çərçivəsində avqustun 15-də və 18-də Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.

Millimizin yoldaşlıq oyunları üçün yekun heyəti aşağıdakı kimidir:

Ayxan Abbaszadə ("Turan Tovuz"), Həbib Hüşənov, Ömər Kərimov, Ziya Şəkərxanov (hamısı "Qəbələ"), Ayxan Əlizadə, Əhməd Tarverdiyev, Rəşad Alışov, Tuncay Əhmədov, Əkbər Məhərrəmov, Əmir Əliyev, Babamirzə Mehdiyev, Anar Hüseynov, Emin Feyzullayev, Ümid Səlimov (hamısı "Sabah"), Məsud Əlişanlı (EFA), Məhəmməd İmamaliyev ("Neftçi"), Vüsal Paşayev, Nadir Orucov, Şükür Cəfərli, Əli Qurbanov (hamısı "Sumqayıt"), Həsən Nəzərli ("Ankaragücü" Türkiyə), Hikmət Cəbrayılzadə,  Amid Qasımov,  Həbib Qədimov (hamısı "Qarabağ").