"Qarabağ"ın rəqibi uduzdu

"Qarabağ"ın rəqibi uduzdu

Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq "Linkoln" növbəti yoxlama matçını keçirib.

MediaSport.az xəbər verir ki, Cəbəllütariq təmsilçisi "Linfild"lə qarşılaşıb.

Oyun şimali irlandiyalıların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Qarabağ"ın "Linkoln"la ilk görüşü iyulun 11-də səfərdə, cavab dueli isə iyulun 19-da Bakı Olimpiya Stadionunda baş tutacaq.