"Qarabağ"ın rəqibində ciddi itki
"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" ciddi itki ilə üzləşib.
Mediasport.az xəbər verir ki, komandanın əsas futbolçularından olan Bruma zədələnib.
Yarımmüdafiəçinin sağ dizinə menisk yırtığı diaqnozu qoyulub.
O, növbəti həftənin bazar ertəsi əməliyyat olunacaq.
Futbolçunun 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Bununla da, Brumanın "Qarabağ"la matçlarda iştirak etməmək ehtimalı yüksəkdir.
Xatırladaq ki, "köhlən atlar"ın Portuqaliya klubu ilə matçları fevralın 15-i və 22-də baş tutacaq.