İspaniya 1/8-də, İngiltərə xal itirdi, İtaliya məğlub oldu - AVRO-2024

İspaniya 1/8-də, İngiltərə xal itirdi, İtaliya məğlub oldu - AVRO-2024

Futbol üzrə 17-ci Avropa çempionatı davam edir.

Mediasport.az xəbər verir ki, Almaniyanın ev sahibliyi etdiyi qitə birinciliyinin qrup mərhələsində 2-ci turun görüşləri oynanılır.

Ötən gqn B və C qruplarında ümumilikdə 3 matç baş tutub və daha bir kollektiv pley-off vəsiqəsini rəsmiləşdirib.

İtaliya yığmasına qalib gələn İspaniya millisi ardıcıl iki qələbə ilə adını 1/8 finala yazdırıb.


Avropa çempionatı. Qrup mərhələsi. 2-ci tur


C qrupu

17:00 Sloveniya - Serbiya 1:1

Baş hakim: İştvan Kovaç (Rumıniya)

Münhen. "Alyans Arena"


20:00 Danimarka - İngiltərə 1:1

Baş hakim: Artur Diaş (Portuqaliya)

Frankfurt. "Valdstadion"

Xal durumu: İngiltərə - 4 xal, Danimarka - 2 xal, Sloveniya - 2 xal, Serbiya - 1 xal.


B qrupu

23:00 İspaniya - İtaliya 1:0

Qol: Rikardo Kalafiori, 55-avtoqol.

Baş hakim: Slavko Vinçiç (Serbiya)

Helzenkirhen. "Veltins Arena"

Xal durumu: İspaniya - 6 xal, İtaliya - 3 xal, Albaniya - 1 xal, Xorvatiya - 1 xal.