Yığmalarda ən çox oyun keçirən futbolçuların yeni siyahısı açıqlandı
Milli komandalarda ən çox oyun keçirmiş futbolçuların yeni siyahısı açıqlanıb.
MediaSport.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) yenilənmiş cədvəlində 15 futbolçunun adı var.
Qeyd edək ki, azərbaycanlı futbolçular arasında yığmada ən çox oyun keçirmiş Rəşad Sadıqovdur. Karyerasını başa vurmuş sadıqovun aktivində 111 matç var.
1.Kriştiano Ronaldo (Portuqaliya) – 200 oyun
2.Bader əl-Mutava (Küveyt) – 196
3.So Çin Ann (Malayziya) – 195
4.Ahmed Hassan (Misir) – 184
5.Ahmed Kano (Oman) – 183
6.Serxio Ramos (İspaniya) – 180
7.Andres Quardado (Meksika) – 179
8.Klaudio Suares (Meksika) – 177
9.Canluici Buffon (İtaliya) – 176
10.Maynor Fiqeroa (Honduras) – 175
Lionel Messi (Argentina) – 175
12.Məhəmməd Əl-Deaya (Səudiyyə Ərəbistanı) – 173
Amir Şəfi (İordaniya) – 173
14.Hassan əl-Haydos (Qətər) – 172
15.Hossam Hassan (Miir) – 170