"Qarabağ"ın rəqibinin qapıçısı "Pul" Futbol Klubu"nda çərçivəni qoruyur

"Qarabağ"ın rəqibinin qapıçısı "Pul" Futbol Klubu"nda çərçivəni qoruyur

Məşhur "Transfermarkt" portalı bazar dəyəri yüksək olan və İngiltərədə top qovan futbolçulardan ibarət simvolik "11-lik" təşkil edib.

Mediasport.az xəbər verir ki, "Pul" Futbol Klubu" başlıqlı paylaşımda yalnız Premyer Liqanın 4 təmsilçisinin oyunçuları yer alıb.

"Mançester Siti", "Arsenal", "Liverpul", "Tottenhem"i üzvlərindən qurulan rəmzi komandanın dəyəri 1.17 milyard avrodur.

Qapıda "Qarabağ"ın UEFA Avropa Liqasının əsas mərhələsindəki rəqibi "Tottenhem"in qapıçısı Qulyelmo Vikario (35 milyon avro) dayanıb.

Müdafiə xəttini "Arsenal"dan Qabriel Maqalhaes (75 milyon avro), Vilyam Saliba (80 milyon avro) və "Mançester Siti"dən Ruben Dias (80 milyon avro) təşkil edib.

Yarımmüdafiədə 5 futbolçunun adına rast gəlinir: "Arsenal"dan Deklan Rays (120 milyon avro), Bukayo Saka (140 milyon avro), "Mançester Siti"dən Rodri Hernandes (130 milyon avro), Fil Foden (150 milyon avro), "Liverpul"dan Luis Dias (80 milyon avro).

Hücumda "şəhərlilər"i Erlinq Haland (200 milyon avro), "topçular"ı Kay Haverts (75 milyon avro) təmsil edir.