Superkubokda "Real" - "Atalanta" matçının keçiriləcəyi tarix açıqlandı

Superkubokda "Real" - "Atalanta" matçının keçiriləcəyi tarix açıqlandı

UEFA Superkuboku uğrunda görüşün vaxtı açıqlanıb.

Mediasport.az xəbər verir ki, "Real" və "Atalanta" arasında qarşılaşma avqustun 14-də keçiriləcək.

Görüş Polşanın paytaxtı Varşavada - 59 min tamaşaçı tutumuna malik Respublika stadionunda baş tutacaq.

Xatırladaq ki, kubok uğrunda meydana çıxacaq "Real" UEFA Çempionlar Liqasının, "Atalanta" isə UEFA Avropa Liqasının qalibidir.

Yarışın son qalibi isə ötən il finalın penaltilər seriyasında "Sevilya"ya 5:4 hesabı ilə qalib gələn "Mançester Siti"dir.