Bu top əllə oyunu və ofsaydı avtomatik müəyyənləşdirəcək

Bu top əllə oyunu və ofsaydı avtomatik müəyyənləşdirəcək

Gələn yay Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsində xüsusi toplardan istifadə olunacaq.

Mediasport.az xəbər verir ki, bu topların özəlliyi əllə oyun və oyundankənar vəziyyətləri avtomatik müəyyən etmək xüsusiyyətinə malik olmasıdır.

Yarış boyu hakimlər belə məqamlarda toplara yerləşdirilmiş xüsusi izləmə texnologiyasından yararlanacaqlar.

Mikroçip topların xarici təbəqəsinin alt qatına yerləşdiriləcək və sözügedən epizodları avtomatik müəyyənləşdirmək funksiyasını yerinə yetirəcək.

Texnologiya ədalət təmsilçilərinə oyunçuların skeletlərinin üçölçülü görüntüsünü təqdim edəcək və topun bədənin hansı hissəsinə dəydiyi dəqiq müəyyənləşdiriləcək.

Bu texnologiya hakimlər tərəfindən verilən hər hansı qərarı ləğv etməyəcək.