"Qarabağ"lı futbolçuların yığması DÇ-2026-nın matçında qalib gəlib
"Qarabağ"ın futbolçuları Leandro Andrade və Patrik Andradenin formasını geyindiyi Kabo Verde yığması DÇ-2026-nın Afrika zonası üzrə seçmə mərhələsində növbəti görüşünü keçirib.
Mediasport.az xəbər verir ki, legionerlərimizin komandası Esvatin yığması ilə qarşılaşmadan qalib ayrılıb - 2:0.
Patrik 61 dəqiqə meydanda olub, Leandro isə oyuna 77-ci dəqiqədə qoşulub.
Ağdam klubunun futbolçularının millisi D qrupunda iki oyundan sonra 4 xalla 3-cü pillədə qərarlaşıb.