Gəncə Futbol Akademiyasının açılış tarixi müəyyənləşib

 Gəncə Futbol Akademiyasının açılış tarixi müəyyənləşib

Gəncə Futbol Akademiyasının açılış tarixi müəyyənləşib.

Mediasport.az saytına bu barədə AFFA-nın mətbuat xidmətindən məlumat verilib.

Akademiyanın binası yanvarın 11-də istifadəyə veriləcək. Həmin gün saat 14:00-da bununla bağlı tədbir keçiriləcək.

Açılışda AFFA prezidenti Rövnəq Abdullayev, milli assosiasiya rəsmiləri, eləcə də Gəncə futbol ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, Gəncə Futbol Akademiyası AFFA-nın dəstəyi ilə inşa edilib.