"Neftçi"nin uşaqları Türkiyədə 16 komanda arasında 11-ci oldu
“Neftçi”nin U-11 komandası “Fənərbağça” Futbol Akedamiyasının təşkilatçılığı ilə İstanbul şəhərində keçirilən Can Bartu beynəlxalq turnirində iştirak edib.
mediasport.az xəbər verir ki, baş məşqçi Mahmud Əhmədovun yetirmələri İtaliyanın “İnter” (Milan, 0:3), Türkiyənin “Altay” (4:0) və “Başakşehir” (0:1) klubları ilə oyunlardan sonra “B” qrupunda 3-cü olaraq 9-12-ci yerlər uğrunda mübarizə aparmaq hüququ qazanıb.
Burada Sofiya ÇSKA-sına 0:4 hesabı ilə uduzan “Neftçi” Türkiyənin “Manisa” klubuna qalib gələrək (1:0) 11-ci yeri tutub. 5 ölkədən 16 komandanın yarışdığı turnirin qalibi "İnter" olub. Milan təmsilçisi həlledici matçda “Qalatasaray”ı məlub edib - 2:0.