Azərbaycan yığmasının sabiq üzvü Türkiyədə klubunu dəyişdi

Azərbaycan yığmasının sabiq üzvü Türkiyədə klubunu dəyişdi

Azərbaycanın U-21 yığmasının sabiq üzvü Barış Ekincier Türkiyədə klubunu dəyişib.

Mediasport.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi "Şanlıurfaspor"dan ayrılıb.

O, Türkiyə 1-ci Liqasında yarışan "Ümraniyespor"la anlaşıb.

Ekincier 2023/2024 mövsümündə Urfa təmsilçisində 29 oyun keçirib və 4 qol vurub.