"Şamaxı"nın hücumçusu "Qəbələ" ilə müqavilə bağladı - RƏSMİ

"Şamaxı"nın hücumçusu "Qəbələ" ilə müqavilə bağladı - RƏSMİ

"Qəbələ" klubu Elşad Tağıyevi "Şamaxı"dan transfer edib.

Mediasport.az xəbər verir ki, "Qəbələ" akademiyasının yetirməsi olan hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.

23 yaşlı forvard buna qədər "Turan Tovuz" və "Səbail"in əsas komandalarında çıxış edib.

Tağıyev "Neftçi"nin əvəzedici heyətində də forma geyinib.