"Qəbələ" "Sabah"la "sülh" bağladı

"Qəbələ" "Sabah"la "sülh" bağladı

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Qəbələ" və "Sabah" yoxlama oyununda qarşılaşıb.

MediaSport.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən görüşdə qalib müəyyənləşməyib - 2:2.

Hər iki tərəfdən yeni transferlər qol vurublar. Meydan sahiblərinin heyətində Ahmed Ayzaya və Murad Musayev, "Sabah"ın heyətində isə Sofian Çakla ilə Davit Volkov fərqlənib.