Səfir və "Qarabağ" azarkeşləri London stadionunda olacaq
Bu axşam UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turu çərçivəsində Londonda keçiriləcək "Tottenhem" - "Qarabağ" oyununa xaricdə, xüsusən Britaniyada yaşayan azərbaycanlılar tərəfindən böyük maraq var.
"Tottenhem Hotspur Stadium"da baş tutacaq qarşılaşmada Ağdam klubu dəstəksiz qalmayacaq.
Arenada komandamızı 1000-dək azarkeşinin olacağı gözlənilir.
"Köhlən atlılar"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Mediasport.az saytına bildirib ki, matçı izləyənlər arasında Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov da olacaq.
Matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.