"Qəbələ"də 1 illik müqavilə - RƏSMİ

"Qəbələ"də 1 illik müqavilə - RƏSMİ

"Qəbələ" futbolçusu Omar Hani ilə yeni müqavilə imzalayıb.

MediaSport.az xəbər verir ki, iordaniyalı yarımmüdafiəçi ilə müqavilə daha 1 il müddətinə uzadılıb.

O, 2021-ci ilin sentyabrından bölgə təmsilçisinin formasını geyinir.

"Qəbələ" bundan əvvəl İlkin Qırtımov, Urfan Abbasov, Murad Musayev, Emil Səfərov, Elmar Baxşıyev (baş məşqçi), Ülvi İsgəndərov, Kristof Atanqana, Asif Məmmədovla müqaviləni uzadıb.