Millimiz seçmə mərhələdə Serbiya və Lüksemburqla üz-üzə gələcək
17 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandası oktyabrın 23-dən 26-dək AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində təlim-məşq toplanışı keçəcək.
Mediasport.az xəbər verir ki, U-17 oktyabrın 27-dən noyabrın 2-dək Lüksemburqda Avropa çempionatının 1-ci seçmə mərhələsində iştirak edəcək.
Seçmə mərhələdəki oyunların təqvimi də artıq məlumdur.
30 oktyabr
21:00. Serbiya - Azərbaycan
Bettemburq, "Municipal" stadionu.
2 noyabr
19:00 Azərbaycan - Lüksemburq
Bettemburq, "Municipal" stadionu.
Yığmaya dəvət edilən futbolçular: Firuzə Bayramova ("Zaqatala"), Nərgiz Ağaliyeva ("Şəfa"), Aygün Novruzova, ("Sabah"), Arzu Cəfərova ("Şəfa"), Bədriyyə Mövludova ("Şəfa"), Ayşən Salamzadə ("Neftçi"), Səma Əsədova ("Neftçi"), Aysu Əsədova ("Sabah"), Aylin Kərimova ("Sabah"), Elizaveta Vaysman ("Şəfa"), Arzu Ağaliyeva ("Şəfa"), Ayan Abdiyeva ("Şəfa"), Məhsumə Vahabzadə ("Sabah"), Mehri Məmmədzadə ("Sabah"), Zeynəb Əsgərzadə ("Şəfa"), Filiz Nəsrullayeva ("Sabah"), Naidə Məmmədova ("Zaqatala"), Adelina Ağayeva ("Sabah"), Günay Sultanlı ("Sabah"), Fatimə Kərimli ("Sabah").