AFFA-nın vitse-prezidenti Yunanıstan - İrlandiya oyununda

  AFFA-nın vitse-prezidenti Yunanıstan - İrlandiya oyununda

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan təyinat alıb.

Mediasport.az xəbər verir ki, o, Millətlər Liqasının qrup mərhələsində keçiriləcək Yunanıstan - İrlandiya oyununun UEFA nümayəndəsi olacaq.

Oktyabrın 13-də Pirey şəhərində yerləşən “Georgios Karaiskakis” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.