"Qarabağ"ın rəqiblərindən "Malmö" heç-heçə etdi, "Elfsborq" isə...

"Qarabağ"ın rəqiblərindən "Malmö" heç-heçə etdi, "Elfsborq" isə...

"Qarabağ"ın UEFA Avropa Liqasının əsas mərhələsindəki rəqiblərindən "Malmö" İsveç çempionatında növbəti oyununa çıxıb.

Mediasport.az xəbər verir ki, 24-cü turun QAİS qarşılaşması qolsuz heç-heçə ilə yekunlaşıb.

Ağdam təmsilçisinin digər rəqibi "Elfsborq" isə bu gün "Norrköpinq"lə üz-üzə gələcək.

Yarışın turnir cədvəlinə 50 xalla "Malmö" başçılıq edir, "Elfsborq" isə hazırda 36 xalla 6-cı pillədə qərarlaşıb.

Futbol üzrə İsveç çempionatı. 24-cü tur

18 sentyabr

QAİS - "Malmö" 0:0

19 sentyabr

21:00 "Elfsborq" - "Norrköpinq"