"Sumqayıt"ın Konfrans Liqası oyunu alban hakimlərə tapşırıldı
Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində mübarizə aparacaq "Sumqayıt"ın “Fehervar”la (Macarıstan) ev oyununun hakimləri briqadası açıqlanıb.
Mediasport.az xəbər verir ki, qarşılaşmanı Abaniyadan olan ədaltə təmsilçiləri idarə edəcəklər.
Baş hakim Floryan Lata, yan xətt hakimləri Xulio Mani və Reydi Zaimi olacaqlar.
Dördüncü hakim funksiyasını Kreşnik Çyapi yerinə yetirəcək.
Xatırladaq ki, matç iyulun 25-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və 20:00-da start götürəcək.