Qəbələdə bədii gimnastika üzrə 8-ci Regionlar Kuboku keçirilib
Qəbələdə bədii gimnastika üzrə 8-ci Regionlar Kuboku keçirilib.
Mediasport.az xəbər verir ki, yarışda 66 idmançı mübarizə aparıb.
Şəki, Oğuz, Şirvan, Masallı, Sumqayıt, Gəncə, Abşeron, Lənkəran, Qəbələ Olimpiya komplekslərinin, “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin və Şəmkir Gənclər Evinin gənc gimnastları iştirak ediblər.
Uşaq və yeniyetmələr arasında keçirilən yarışlarda qrup hərəkətləri üzrə komandalar da mübarizə aparıblar.
Qaliblər sırasında "Şirvan" Futbol Klubunun baş məşqçisi İlkin Əliyevin övladı da yer alıb.
Çalışdırıcının qızı Zəhra Əlizadə 2-ci yeri tutaraq gümüş mükafat qazanıb.