Gimnastlarımız Macarıstana yollandılar

Gimnastlarımız Macarıstana yollandılar

Bədii gimnastika üzrə gənclərdən ibarət Azərbaycan yığma komandasının üzvləri beynəlxalq turnirdə iştirak edəcəklər.

MediaSport.az xəbər verir ki, "Junior Cup" yarışında fərdi gimnastlar Şəms Ağahüseynova, Nuray Əhmədzadə, Nəzrin Abdullayeva, qrup hərəkətləri komandasının üzvləri Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərova qüvvələrini sınayacaqlar.

Daha sonra təlim-məşq toplanışında (1-4 iyul) iştirak edəcək idmançılarımız Macarıstanın paytaxtı Budapeşt şəhərinə yola düşüblər.