Azərbaycan millisinin üzvləri “TeamGym” beynəlxalq yarışında

Azərbaycan millisinin üzvləri “TeamGym” beynəlxalq yarışında

Sentyabrın 6-da İtaliyanın Linyano Sabbiadoro şəhərində keçiriləcək “TeamGym” üzrə beynəlxalq yarışda iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib.

Mediasport.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Üç gün davam edəcək turnirdə Adil Hacızadə, Nihat Muradlı, Elnur Məmmədov, Aydın Əlizadə, Ramin Dəmirov, Rəsul Əhmədzadə, Mənsum Səfərov və ⁠Tofiq Əliyev mübarizə aparacaq.

Onlara məşqçilər Hafiz Rzayev, Faiq Rüstəmov və ⁠Şahmurad Qüdrətli rəhbərlik edəcəklər.