"Qəbələ"nin ÇL-də yunanlarla oyununu gürcülər idarə edəcəklər
“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasının Çempionlar yolunun II mərhələsində keçirəcəyi ilk oyununun hakimləri müəyyənləşib.
Klubdan Mediasport.az saytına verilən məlumata görə, “qırmızı-qaralar”ın Yunanıstan təmsilçisi “Olimpiakos”la ilk görüşünü Gürcüstandan olan ədalət təmsilçiləri idarə edəcəklər.
Noyabrın 8-dəki matçın baş hakimi Qoqa Kikaçeişvili olacaq. Yan xətt hakimləri funksiyasını həmyerliləri David Axvlediani və Davit Qabisoniya yerinə yetirəcəklər.
Qəbələ şəhər stadionunda baş tutacaq matç saat 16:00-da başlanacaq.