Şimali Makedoniya - Azərbaycan oyununun hakimləri müəyyənləşdi

Şimali Makedoniya - Azərbaycan oyununun hakimləri müəyyənləşdi

Noyabrın 20-də Skopyedəki “Todor Proeski Milli Arena”sında keçiriləcək Şimali Makedoniya - Azərbaycan oyununun hakimləri müəyyənləşib.

mediasport.az xəbər verir ki, qarşılaşmanı Albaniyadan olan ədalət təmsilçiləri idarə edəcək.

Baş hakim funksiyasını Enea Yorqji yerinə yetirəcək. Ona yan xətt hakimi kimi İlir Tartarayla Doyando Miftari kömək edəcək. Dördüncü hakim isə Şimali Makedoniyadan Yovan Kaçevski olacaq.

Matç Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.