"Kəpəz"də 3 ayrılıq daha - RƏSMİ

"Kəpəz"də 3 ayrılıq daha - RƏSMİ

"Kəpəz" komandası daha üç futbolçu ilə vidalaşıb.

Mediasport.az xəbər verir ki, "sarı-göylər" Olavale Onanuqa , İqor Rodrigeş və Georgi Papunaşvili ilə yollarını ayırıb. Onlarla başa çatan müqavilənin müddəti uzadılmayıb.

Gəncə təmsilçisi buna qədər Junior Martins, Adama Niane, Mate Kvirkviya, Vüsal Məsimov və Elçin Əlicanovla əməkdaşlığa son qoyub.