"Qəbələ"nin futbolçusu Rumıniya klubuna transfer edildi - RƏSMİ

"Qəbələ"nin futbolçusu Rumıniya klubuna transfer edildi - RƏSMİ

“Qəbələ” ilə razılığa gələ bilməyən İsnik Alimi Rumıniya klubu ilə müqavilə imzalayıb.

MediaSport.az xəbər verir ki, şimali makedoniyalı yarımmüdafiəçi karyerasını “Sepsi”də davam etdirəcək.

Rumıniya təmsilçisi rəsmi saytı vasitəsilə 29 yaşlı oyunçu ilə münasibətlərin rəsmiləşdiyini açıqlayıb.

2021-ci ildən “Qəbələ”də çıxış edən Alimi ötən mövsüm Premyer Liqada 34 oyun keçirib, 9 qol vurub.

Daha əvvəl Ramon Maçado, Məqsəd İsayev, Andrey Strijak, Səlahət Ağayev, Rövlan Muradov və Felipe Santos da klubdan ayrılıb.