Messi ilə birlikdə oynamış ispan vingerin "Xəzər Lənkəran" sevgisi

Messi ilə birlikdə oynamış ispan vingerin "Xəzər Lənkəran" sevgisi

Azərbaycanda tarixə qovuşan futbol klublarından "Xəzər Lənkəran"ın keçmiş vingeri Edu Oriol peşəkar karyerasını başa vurub.

Mediasport.az xəbər verir ki, 37 yaşlı ispaniyalı sosial şəbəkə hesabında "Xəzər Lənkəran" da daxil olmaqla, oynadığı klubların formasını paylaşıb:

"Təşəkkür, futbol. Həyatım, həvəsim, peşəkar oyunçu olmaq lüksü ilə vidalaşmağın vaxtı gəldi. Bütün bu illər ərzində İspaniyada zirvəyə yüksəlmək, əsas liqada oynamaq şansına sahib oldum. Dünyanın ən yaxşı oyunçuları ilə yanaşı və onlara qarşı oynaya bilmək xoşbəxtlikdir.

Həmişə deyə bilərəm ki, Messi ilə eyni komandada, Kriştiano Ronaldoya isə rəqib olmuşam. Bu idmanda əvvəl və sonra iki oyunçuya qarşı oynamışam. Bunu isə heç kim məndən ala bilməz. Bütün bu illər ərzində, xüsusən, ailəmə və bu gözəl yolda hiss etdiyim qeyd-şərtsiz dəstəyə görə təşəkkür edirəm.

Bir çox dəyərləri təmsil edən bu gözəl peşənin hər saniyəsindən maksimum yararlanaraq mənim böyüməyimdə və daha yaxşı insan olmağımda kömək edən bütün həmkarlarımı, işçiləri, məşqçi heyətini, klub direktorlarını unutmazdım. Bu illərdə formasını geyindiyim bütün klublara təşəkkür edirəm. Mənə futbolla yaşamağa və ondan həzz almağa kömək etdiyiniz üçün təşəkkür edirəm. Bir mərhələ sona çatdı, amma biz mütləq futbol kimi bu gözəl dünyada bir-birimizi görməyə davam edəcəyik".

Oriol "Reus", "Barselona" (B), "Saraqosa", "Xəzər Lənkəran", AEL (Limassol), "Blekpul", "Rapid” (Buxarest), "Tenerife", "İbiza", "Mursiya", "Xeres" kimi klublarda oynayıb.

Lənkəran klubunun heyətində 6 matç keçirmiş Edu dünya ulduzu Lionel Messi ilə birlikdə "Barselona"nın B komandasında oynayıb.

Rövşən