Murad Musayev əməliyyat olunub

Murad Musayev əməliyyat olunub

“Qəbələ”nin futbolçusu Murad Musayev Türkiyədə əməliyyat olunub.

Mediasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı müdafiəçi sol axil vətərinin tam qopması üzündən cərrahi müdaxiləyə məruz qalıb.

Musayevin Ankarada gerçəkləşən əməliyyatı uğurlu keçib. O, dörd reabilitasiya kursu keçməli olacaq.

Qeyd edək ki, Musayevin təxminən 5-6 aydan sonra komanda ilə məşqlərə başlayacağı gözlənilir.