Yığmamızın üzvü Cənubi Koreyada qol vurdu və qırmızı vərəqə aldı
Legioner həyatı yaşayan Azərbaycan millisinin üzvlərinin komandaları daxili birinciliklərdə meydana çıxıblar.
Mediasport.az xəbər verir ki, Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" Vüsal İsgəndərlinin uğurları üçün çalışdığı "Boluspor"u məğlub edib (2:0).
Coşqun oyuna əsas heyətdə başlayıb və 68-ci dəqiqədə əvəzlənib. Vüsalın adı görüşün iştirak ərizəsinə daxil edilməyib.
Azərbaycanlı hücumçu Rüfət Dadaşovun komandası "Dinamo" (Berlin) səfərdə "Halleşer"ə uduzub (0:2).
Emil Mustafayevli "Polessye" Kiyev "Dinamo"su ilə bacarmayıb (1:2). Mustafayev oyuna 78-ci dəqiqədə daxil olub.
Eddi İsrafilovun komandası "Cohor Darul Tazim" "Perak"ı səfərdə 5 cavabsız qolla üstələyib. İsrafilovun adı görüşün iştirak ərizəsində yer almayıb.
Anton Krivotsyukun qol vurduğu, 2 dəqiqə ərzində qırmızı vərəqə aldığı oyunda Cənubi Koreyanın "Daejon" komandası "İnçeon"u məğlub edib (2:1).
Türkiyə 1-ci Liqası. 12-ci tur
"Bandırmaspor" - "Boluspor" 2:0
Malayziya Superliqası. 9-cu turun təxirə salınan oyunu
"Perak" - "Cohor Darul Tazim" 0:5
Almaniya Şimal-Şərq Regional Liqası. 15-ci tur
"Halleşer" - "Dinamo" (Berlin) 0:2
Ukrayna Premyer Liqası. 13-cü tur
"Dinamo" (Kiyev) - "Pollessye" 2:1
Cənubi Koreya K1 Liqası. Pley-off
"İnçeon" - "Daejon" 1:2