Yassin Benzia 63 dəqiqə oynadı, Əlcəzair millisi səfərdə 4-də 4 etdi

Yassin Benzia 63 dəqiqə oynadı, Əlcəzair millisi səfərdə 4-də 4 etdi

"Qarabağ"ın futbolçusu Yassin Benzia Əlcəzair yığmasının heyətində növbəti oyununu keçirib.

Mediasport.az xəbər verir ki, Ağdam klubunun təmsilçisi Afrika Millətlər Kubokunda seçmə mərhələnin Toqo ilə 4-cü tur görüşündə oynayıb.

63 dəqiqə meydanda olan vingerin komandası səfər qələbəsi (1:0) qazanmaqla liderliyini möhkəmləndirib.

Toqo millisi 4 turdan maksimum nəticə əldə edib.

Xatırladaq ki, Vladimir Petkoviçin baş məşqçisi olduğu kollektivin növbəti görüşü noyabrın 11-də Ekvatorial Qvineya səfərində olacaq.