Çxadadzenin yola saldığı futbolçu Portuqaliya Superliqası klubunda!
Kaxaber Çxadadzenin "Qəbələ"dən göndərdiyi Lukas Afrikonun yeni komandası müəyyənləşib.
Mediasport.az xəbər verir ki, 29 yaşlı braziliyalı müdafiəçi karyerasını yenidən Portuqaliyada davam etdirəcək.
"Sambaçı" növbəti dəfə Superliqa klubu "Farense"nin uğurları üçün çalışacaq.
O, 2019/2020-ci illər mövsümündə "Maritimu"da olarkən "Farense"də icarə əsasında forma geyinib.
Xatırladaq ki, Qəbələ təmsilçisinin keçən yay heyətinə qatdığı Afriko burada 30 oyuna 1 qol vurub.