Azərbaycanda oynamış anqolalı "Kəpəz"lə müqavilə bağladı
"Kəpəz" anqola əsilli Valdemar Almeydanı transfer edib.
Mediasport.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.
"Pana" ləqəbli Almeyda 2023/2024 mövsümünü "Səbail"də keçirib.
Bu müddətdə o, 39 oyuna çıxıb, 1 qol vurub, 4 məhsuldar ötürmə edib.
Xatırladaq ki, Valdemar karyerası ərzində legioner həyatını yalnız Azərbaycanda yaşayıb.