"Sabah"ın futbolçusunun Azərbaycan yığmasına yolu açılıb
“Sabah”ın bugünlərdə transfer etdiyi Ayaz Quliyevə Azərbaycan pasportu verilib.
Mediasport.az xəbər verir ki, AFFA-nın aidiyyəti qurumlara müraciəti müsbət həllini tapıb.
27 yaşlı yarımmüdafiəçi Premyer Liqada yerli futbolçu statusu ilə çıxış edəcək. Bundan başqa, Quliyevin milli komandaya da yolu açılıb.
Yığmamızın italyan çalışdırıcısı Canni De Byazi dəvət göndərsə, onu gələn ay seçmə mərhələ öncəsi toplantıda görə bilərik. Təbii ki, formasının hansı səviyyədə olmasından da çox şey asılıdır.
Qeyd edək ki, Ayaz Quliyevin son klubu Rusiyada "Ximki" olub. O, Rusiyanın U-16, U-17, U-18, U-19 və U-21 yığmalarında çıxış edib.