"Qarabağ" bu hücumçunu transfer etmək üçün 1 milyon avro ödədi?
“Qarabağ”ın Albaniya "Tirana"sından heyətinə cəlb etməyə yaxın olduğu Redon Cicanın ötən həftə Macarıstan çempionu “Ferensvaroş”a keçidinin alınmama səbəbi müəyyənləşib.
mediasport.az xəbər verir ki, macarlar 25 yaşlı hücumçu üçün qarşı tərəfə 500 min avro təklif ediblər. Lakin Albaniya təmsilçisi Cicaya görə 1 milyon avro istəyib.
Razılaşmanın məhz bu səbəbdən alınmadığı bildirilir. Məlumata görə, Ağdam klubu 1 milyon avroya yaxın məbləğlə "Tirana"nı razı salıb. Futbolçunun bu gün tibbi müayinədən keçərək "Qarabağ"la 3 illik müqavilə bağlayacağı gözlənilir.