"Real"ın 34 yaşlı kapitanı Səudiyyə Ərəbistanı klubuna keçib - RƏSMİ

  "Real"ın 34 yaşlı kapitanı Səudiyyə Ərəbistanı klubuna keçib - RƏSMİ

Madrid klubu "Real"dan ayrılan kapitan Naço Fernandesin yeni klubu bəlli olub.

Mediasport.az xəbər verir ki, o, karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

İspaniya millisinin sabiq üzvü "Əl-Qadsia"ya keçib. 34 yaşlı müdafiəçi ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Karyerası ərzində yalnız "Real"da oynamış futbolçu İspaniya nəhənginin tarixində ən çox titul (26) qazanan futbolçudur. Eyni zamanda, o, UEFA Çempionlar Liqasının altıqat qalibi olmuş 5 oyunçudan biridir.

Naço Fernandes "kral klubu"nda keçirdiyi 364 rəsmi oyunda 16 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.