Qvardiola əfsanəvi Fergüsonun rekordunu qırıb tarixə düşdü

Qvardiola əfsanəvi Fergüsonun rekordunu qırıb tarixə düşdü

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasında rekord nəticə ilə yadda qalıb.

Mediasport.az xəbər verir ki, “şəhərlilər”in ispan çalışdırıcısı buna Premyer Liqanın 3-cü turunun "Şeffild Yunayted" səfərində imza atıb.

Mançester klubunun 3:1 hesabı ilə qazandığı matç Pepin Premyer Liqada 200-cü qələbəsi olub. İspaniyalı bu qələbələri turnir tarixində hamıdan tez əldə edib.

Bunu 269 qarşılaşmaya reallaşdıran Qvardiola əfsanəvi Aıeks Fergüsonun rekordunu daha az sayda oyunla qırıb. "Mançester Yuayted"də 23 il çalışmış şotlandiyalı 200 qələbəni 322 matçda qazanmışdı.