AVRO-2024: Niderland millisi evdə lider Fransa yığmasına qarşı
Bu gün AVRO-2024-ün seçmə mərhələsində 7-ci turun digər oyunları keçiriləcək.
Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 3 qrupda 7 oyun baş tutacaq.
B qrupunda 5 oyuna maksimum nəticə göstərən Fransa millisi Niderlandın qonağı olacaq. "Xoruzlar" "narıncılar"a qalib gəlsələr, Almaniyada təşkil olunacaq qitə birinciliyində iştirak hüququna yiyələnəcəklər. Yaxud oyunda bərabərlik qeydə alınsa və digər matçda Yunanıstan İrlandiyaya uduzsa, Fransa millisi yenə də vəsiqəni təmin etmiş olacaq.
Yığmamızın yer aldığı F qrupunun liderlər - Belçika və Avstriya Vyanada üz-üzə gələcək. Bu qarşılaşmanın qalibi AVRO-2024 biletini sifariş edəcək.
J qrupunda isə Portuqaliyanın məqsədinə çatması üçün evdə Slovakiyaya qalib gəlməsi kifayt edəcək. Portuqallar heç-heçə etsələr, digər dueldə Lüksemburq yığması İslandiyaya məğlub olsa, Kriştianu Ronaldunun kapitanı olduğu Avropa çempionları adlarını qitə birinciliyinin final mərhələsinin iştirakçıları sırasına yazdıracaqlar.
AVRO-2024. Seçmə qrup mərhələsi. 7-ci tur
B qrupu
22:45 Niderland – Fransa
22:45 İrlandiya – Yunanıstan
Turnir cədvəli: Fransa – 15 xal (5 oyun), Niderland – 9 xal (4), Yunanıstan – 9 xal (4), İrlandiya – 3 xal (5), Cəbəllütariq – 0 xal (5)
F qrupu
20:00 Estoniya – Azərbaycan
22:00 Avstriya – Belçika
Turnir cədvəli: Belçika – 13 xal (5), Avstriya – 13 xal (5), İsveç – 6 xal (5), Azərbaycan – 1 xal (4), Estoniya – 1 xal (5)
J qrupu
22:45 Portuqaliya – Slovakiya
22:45 İslandiya – Lüksemburq
22:45 Lixtenşteyn – Bosniya və Herseqovina
Turnir cədvəli: Portuqaliya – 18 xal (6), Slovakiya – 13 xal (6), Lüksemburq – 10 xal (6), Bosniya və Herseqovina – 6 xal (6), İslandiya – 6 xal (6), Lixtenşteyn – 0 xal (6)