Məşhur brend Erik Ten Haqı məsxərəyə qoyub
ABŞ brendi KFC sosial şəbəkə hesabında (X platformasında) "Mançester Yunayted"in baş məşqçisi Erik ten Haqı məsxərəyə qoyub.
Mediasport.az xəbər verir ki, məşhur GTA (Grand Theft Auto) oyun seriyasının 6-cı hissəsinin elanı fonunda Ten Haq ələ salınıb:
"2013-cü ildə ictimaiyyətə təqdim edilən GTA-dan sonra baş verənlər:
– Qlobal pandemiya baş verib;
– Böyük Britaniyanın 5 baş naziri olub;
– "Squid Game" oyunu reallığa çevrilib;
– Ten Haq hələ də heç bir böyük matçda qalib gəlməyib".
53 yaşlı niderlandlı ötən ilin yayından "Mançester Yunayted"i çalışdırır.
Onun başçılığı altında "qırmızı şeytanlar" cari mövsüm 14 turdan sonra 24 xalla Premyer Liqada 7-ci pillədə qərarlaşıb.