Türkiyənin keçmiş FİFA hakimi Cüneyt Çakıra Rusiyada vəzifə verildi
Türkiyəli keçmiş FİFA referisi Cüneyt Çakıra Rusiya Futbol İttifaqında vəzifə verilib.
MediaSport.az xəbər verir ki, sabiq referi RFİ-nin prezidenti yanında ekspert-hakimlər komissiyasında fəaliyyət göstərəcək.
Komissiyanın yenilənmiş tərkibinə Çakırdan başqa, hakimlər şöbəsinin müdiri Milorad Majiç, FİFA təlimatçısı Ravşan İrmatov, FNL hakimlərinin başçısı Nikolay İvanov və Rusiya Hakimlər Komitəsinin rəhbəri Pavel Kamantsev (səsvermə hüququ olmadan) daxil edilib.
46 yaşlı Çakır 2006-cı ildə FİFA referisi kateqoriyasını alıb. 2014 və 2018 Dünya Çempionatlarında iş başında olub. Çakır Çempionlar Liqasının final matçını idarə edən yeganə türkiyəli hakimdir. 2022-ci ildə Çakır hakimlik karyerasını başa vurub. O, Türkiyə çempionatında 386 oyun idarə edib