"Qızıl top"un sahibi, Avropa çempionu Luis Suares dünyasını dəyişdi

"Qızıl top"un sahibi, Avropa çempionu Luis Suares dünyasını dəyişdi

1964-cü ildə İspaniya yığması ilə futbol üzrə Avropa çempionluğunu qazanmış “Qızıl top”un sahibi Luis Suares Miramontes vəfat edib.

MediaSport.az xəbər verir ki, XX əsrin 50 ən yaxşı futbolçusundan biri seçilmiş veteran yarımmüdafiəçi 88 yaşında dünyasını dəyişib.

Suares vətənində "Barselona"və "Deportivo" ilə yanaşı, uzun illər İtaliyada "İnter" və "Sampdoriya"da da forma geyinib.

"Qızıl top"u 1960-cı ildə qazanıb.