“Golden Boy-2023": Tam siyahıda "Qarabağ"ın rəqibi də yer alır

“Golden Boy-2023": Tam siyahıda "Qarabağ"ın rəqibi də yer alır

2003-cü ildə ən yaxşı gənc futbolçular üçün təsis “Golden Boy” mükafatına namizədlərin bu il üçün yekun siyahısı müəyyənləşib.

Mediasport.az xəbər verir ki, İtaliyanın “Tuttosport” nəşrinin təqdim etdiyi mükafatı qazanmaq üçün Avropanın 21 yaşa qədər 25 futbolçusunun iddiası təsdiqlənib.

İddiaçılar arasında Türkiyə millisinin yayda Madrid "Real"ına transfer edilən yarımmüdafiəçisi Arda Gülər, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqibi "Bayer"in (Almaniya) vingeri Florian Vits də yer alıb.

Mükafatın sonuncu qalibi 2022-ci ildə İspaniya millisi və "Barselona"dan Qavi olub.


TAM SİYAHI

Cud Bellingem (“Real”, İspaniya), Camal Musiala (“Bavariya”, Almaniya), Xavi Simons (“Leypsiq”, Almaniya), Antonio Silva (“Benfika”, Portuqaliya), Alexandro Balde (“Barselona”, ​​İspaniya), Florian Virts (“Bayer”, Almaniya), Benjamin Şeşko (“Leypsiq”, Almaniya), Corcio Skalvini (“Atalanta”, İtaliya), Rasmus Hoylund (“Mançester Yunayted”, İngiltərə), Levi Kolvill (“Çelsi”, İngiltərə), Yohan Bakayoko (PSV, Niderland), Miloş Kerkez (“Bornmut”, İngiltərə), Artur Vermeeren (“Antverpen”, Belçika), Evan Ferqyuson (“Brayton”, İngiltərə), Lukas Qurna-Duat (“Zalsburq”, Avstriya), Varren Zair-Emeri (PSJ, Fransa), Usman Diomande (“Sportinq”, Portuqaliya), Arnau Martines (“Jirona”, İspaniya), Matis Tell (“Bavariya”, Almaniya), Andi Diuf (“Lans”, Fransa), Arda Gülər ​​(“Real”, İspaniya), Bilal El-Hannus (“Genk”, Belçika), Martin Baturina (“Dinamo”, Xorvatiya ), Joau Neveş (“Benfika”, Portuqaliya), Lamin Yamal (“Barselona”, ​​İspaniya).