İspaniya nəhəngi tarixi uğurun astanasında: Məğlub olmasalar...

İspaniya nəhəngi tarixi uğurun astanasında: Məğlub olmasalar...

İspaniya La Liqasında 30-cu turun oyunları davam edir.

Mediasport.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma keçiriləcək.

Günün sonuncu matçında "Real" "Atletik"i qəbul edəcək. Həmin qarşılaşma "kral klubu" üçün xüsusi əhəmiyyət daşıyır.

Əgər paytaxt təmsilçisi sözügedən oyunda məğlub olmasa, 21-ci əsrdə La Liqada ən yaxşı məğlubiyyətsiz seriyasını qeyd edəcək.

Yarışın turnir cədvəlində "Real" 72 xalla 1-ci, "Barselona" 67 xalla 2-ci, "Jirona" 62 xalla 3-cü, "Atletik" 56 xalla 4-cü pillədə yer alıb.

İspaniya La Liqası. 30-cu tur

31 mart

16:00 "Selta" - "Rayo Valyekano"

18:15 "Jirona" - "Betis"

20:30 "Alaves" - "Real Sosyedad"

23:00 "Real" - "Atletik"